Ermənistan parlamentində baş prokurorun vəsatətinin lehinə səs verilib, "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyan toxunulmazlıq hüququndan məhrum edilib.
Türkiyənin Samsun şəhər məhkəməsi türkmənistanlı fəallar Alişer Sahatov və Abdulla Orusovun Türkmənistana deportasiyasına qərar verib.
Pakistanın hərbi liderləri bu yaxınlarda Ağ evdə görüşlər keçirəndə onun regiondakı müttəfiqi İran İsrailin raket atəşi altında idi. İsrail İslamabadın regiondakı əsas rəqibi, ABŞ-nin isə müttəfiqidir.
İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli təqsirləndirilən şəxs qismində tanınıb.
Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının təşkilinə və keçirilməsinə icazə verilə bilər.
Növbədənkənar sessiya çərçivəsində Milli Məclisin iyulun 8-də keçirilən iclasında "Qaz təchizatı haqqında" yeni Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada yataqxana və ibadət evlərində reydlər keçirib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirir ki, xaricdən videomüşahidə kameralarına müdaxilənin qarşısını alıb.
Ermənistan parlamenti həbsdə olan biznesmen Samvel Karapetyana məxsus "Ermənistanın Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Milli Məclis "Polis haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təsdiqləyib.
Milli Məclisin iyulun 8-də keçirilən iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Seçicilərin hüquqlarının müdafiəsi və seçkilərin müşahidəsi üzrə "Qolos" (Səs) ümumrusiya hərəkatı fəaliyyətini dayandırdığını elan edib.
Davamı