İyulun 7-də ABŞ prezidenti Donald Tramp deyib ki, onun ölkəsi Ukraynaya özünü Rusiyanın hücumlarından müdafiə etmək üçün daha çox silah göndərəcək.
AzadlıqRadiosunun mənbələrinin məlumatına görə, Tehran və Vaşinqton arasındakı danışıqların növbəti raundu iyulun 10-da Norveçin Oslo şəhərində keçiriləcək.
Rusiyada hərbi qeydiyyat qaydalarını pozanlara qarşı cərimələr artırılıb.
"ToplumTV" internet televiziyası ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən Fərid İsmayılov, özü daxil, doqquz nəfərin məhkəməsindən ötrü prokurora etirazını bildirib.
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı.
Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, əməliyyat zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Rusiya bildirir ki, reyd 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətllərin istintaqı çərçivəsində aparılıb.
ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsindən getməyə hazırlaşan Robin Danniqan bildirib ki, hakim "Gürcü arzusu" partiyasının rəhbərliyi Tramp administrasiyasına "hədələyici, təhqiramiz, qeyri-ciddi" özəl məktub göndərib və bu məktub Vaşinqtonda çox pis qarşılanıb.
İctimai fəal Araz Əliyev bildirir ki, onkoloji xəstəlikdən əziyyət çəkən anasını xaricə müalicəyə apara bilmir. O, buna səbəb kimi ölkədən çıxışına məhdudiyyət qoyulmasını göstərir.
Mənbələr bildirir ki, Kursk vilayətinin keçmiş rəhbəri Aleksey Smirnov Roman Starovoytun əleyhinə ifadə verib.
"Zaman ukraynalıların əleyhinə işləyir".
Mütəxəssislər deyir ki, Kabil dünyada tamamilə susuz qalan ilk paytaxt şəhər ola bilər. Onlar bu böhranın səbəbi kimi sürətli əhali artımını, iqlim dəyişikliyini və qeyri-effektiv idarəetməni günahlandırırlar.
2014-cü ildə Donbas müharibəsinin başlanmasından 2022-ci ilin fevralında genişmiqyaslı işğal müharibəsinə qədər Rusiya prezidenti Vladimir Putin rus dilini və bu dildə danışanları Kiyev hökumətindən qorumaq zərurətini əsas gətirərək Moskvanın Ukraynaya qarşı təcavüzünə haqq qazandırmağa çalışıb.
Davamı