Keçid linkləri

2025, 10 İyul, Cümə axşamı, Bakı vaxtı 03:54

Avropa Məhkəməsi təcridxanada jurnalist və vəkilin üzərində axtarışlarla bağlı qərar verib


Əvəz Zeynallının məhkəıməsi. 2012
Əvəz Zeynallının məhkəıməsi. 2012

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin hər dəfə vəkiliylə görüşdən öncə və sonra üzərində axtarış aparılması, müdafiəçinin də təcridxanada axtarışa məruz qalmasıyla bağlı qərar çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, istər həbsdə saxlanılan şəxsə, istərsə vəkilə qarşı belə davranış Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (şəxsi və ailə həyatı, mənzil və yazışmalara hörmət hüququ) maddəsinin pozulmasıdır.

Bu işdə ərizəçilər jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovdur. Söhbət Ə.Zeynallının 2011-ci ildə ovaxtkı deputat Gülər Əhmədovanın şikayəti əsasında rüşvət ittihamıyla həbsindən gedir. O zaman Bakı İstintaq Təcridxanasında (Kürdəxanı qəsəbəsində yerləşir - red.) saxlanılan jurnalist şikayətində 2011-ci noyabrın 25-də daxili işlər və milli təhlükəsizlik nazirlərinə ünvanladığı məktubu vəkilinə verdiyini göstərmişdi. Vəkilin sözlərinə görə, təcridxana əməkdaşları onun üzərində axtarış apararaq məktubu zorla müsadirə etsə də, həmin müsadirə barədə heç bir rəsmi qeydiyyat aparılmayıblarmış.

"Müdaxilə... demokratik cəmiyyətdə zəruri sayıla bilməz"

Ə.Zeynallı vəkillə görüşdən öncə və sonra dəfələrlə axtarışa məruz qaldığını vurğulayıb. Həm jurnalist, həm də vəkili görüş otaqlarında gizli kamera və səsyazma qurğusu quraşdırılmaqla dinlənildiklərini, izləndiklərini də şikayətlərində bildiriblər.

Ə.Zeynallı və E.Sadıqov öncə ölkə daxilindəki məhkəmələrə şikayətlər versələr də, yerli məhkəmələr bu şikayətləri rədd edib və axtarışlara təcridxananın daxili qaydalarını əsas gətiriblər.

Avropa Məhkəməsi isə qərarında yazır ki, belə müdaxilə qanunsuzluğun önünü kəsmək kimi qanuni məqsəd daşısa belə, demokratik cəmiyyətdə zəruri sayıla bilməz. Vəkilin üzərindəki məktubun müsadirəsi vəkillə müvəkkil arasında məxfilik hüququnun pozulmasıdır və bu ünsiyyət gücləndirilmiş hüquqi qoruma altındadır.

Avropa Məhkəməsi bu hüquq pozuntusuna görə həm Ə.Zeynallı, həm də E.Sadıqovun hər birinə 1200 avro kompensasiya ödənilməsinə qərar verib.

XS
SM
MD
LG