Polis AzadlıqRadiosunun videojurnalistini nişan alıb atəş açır (nadir görüntülər)
Kiyevdə yanvarın 20-nə keçən gecə davam edən toqquşmalarda 100-ə yaxın adam yaralanıb. Onların arasında AzadlıqRadiosu Ukrayna xidmətinin videojurnalisti var. Xüsusi geyimdə olan jurnalistlərin toqquşmalardan kənarda durub çəkiliş aparmasına baxmayaraq, polis onlara tərəf də atəş açırdı. Videogörüntüdə bulanıq şəkildə olsa da, AzadliqRadiosunun kamerasını nişan alan polisi görmək olur. Onun atəşi kameranı sıradan çıxarır, jurnalist isə yüngül yaralanır. Həmin gecə Ukrayna polisi Azadliqradiosunun 2 əməkdaşını da saxlayıb.
Arxiv
-
İyul 08, 2025
Praqadakı ukraynalılar qədim adətləri yaşadırlar
-
İyul 04, 2025
Ermənistanda iki müxalif deputata cinayət işi açılır
-
İyul 02, 2025
Trampın atəşkəslə bağlı fikirləri Qəzzada ümid yaradıb